Kreml Budapeştin “saqqızının oğurlanması”ndan məyus olub
“Budapeştin Rusiyaya qarşı sanksiyaların uzadılmasına razı olmasından ötrü Avropa İttifaqı (Aİ) Macarıstanı Ukrayna ərazisindən qaz tranziti ilə bağlı danışıqları davam etdirəcəyinə əmin edə bilər”.
![Kreml Budapeştin “saqqızının oğurlanması”ndan məyus olub](https://savashmedia.az/uploads/images/202410/image_870x_670fb77f9313d.webp)
SAVASHMEDİA.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu ölkə prezidentinin mətbuat katibi Dmitri Peskov iddia edib.
Birincisi, əgər alıcılar varsa, bu ticarətdir, Rusiya bu ticarəti davam etdirməkdə maraqlıdır. İkincisi, biz bilirik ki, Macarıstan qeyd olunan sanksiyaların uzadılması üçün müəyyən şərtlər irəli sürüb. Və bu şərtlər əslində Kiyev rejiminin tutduğu mövqe ilə bağlı idi. Və görünür, Macarıstan Brüsseldən hansısa danışıqlar prosesinin bərpa olunacağına dair müəyyən təminat alıb”, - deyə Peskov vurğulayıb.
Onun sözlərinə görə, Moskva durumu diqqətlə izləyəcək, çünki Rusiya öz məhsullarının satışında maraqlıdır: “Üstəlik, onlar Amerika maye qazı ilə müqayisədə nəinki rəqabətədavamlıdır, həm də avropalı alıcılar üçün daha sərfəlidir”.
Peskov hesab edir ki, Aİ sanksiyalarının uzadılmasında yeni heç nə yoxdur, çünki Moskva onları qanunsuz və beynəlxalq hüquqa zidd hesab edir.
Xatırladaq ki, Aİ yanvarın 27-də Rusiyaya qarşı sanksiyaları uzadıb.
Xatirə SADİQ