Məşhur xəstəxananın həkimi döyüldü - "Buraları dağıdaram"
Abşeron Rayon Mərkəzi Xəstəxanasında həkimin burnuna yumruq vuran şəxs cəzalandırılıb.
1986-cı il təvəllüdlü M.Rəşad oğlunu qarın sancıları ilə xəstəxanaya aparıb.
O, xəstəxanada Fariz adlı həkimə oğlunun xəstə olduğunu deyib və dərhal müayinədən keçirilməsini tələb edib. Həkim isə xəstəxanada növbənin çox olduğunu və tez bir zamanda xəstəyə ilkin tibbi yardım edə biləcəklərini bildirib. Təqsirləndirilən şəxs yenidən oğlunun növbəsiz USM-dən keçirilməsini istədiyini deyib.
Həmin şəxs daha sonra xəstəxana kollektivini - "oğlumun vəziyyəti ağırdır, burada nəyə oturmusunuz, buraları dağıdacağam", - deyərək hədələyib və yumruqla həkimin burnuna zərbə vurub.
Məhkəmənin qərarı ilə M.Rəşad Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinib və ona 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.
qaynarinfo