Danimarka Trampın Qrenlandiya bəyanatlarına əhəmiyyət vermir
Danimarka hakimiyyəti Donald Trampın Qrenlandiya ilə bağlı maraqlı bəyanatları ilə bağlı Avropa İttifaqı (Aİ) və NATO üçün birgə strategiya təklif edib.
![Danimarka Trampın Qrenlandiya bəyanatlarına əhəmiyyət vermir](https://savashmedia.az/uploads/images/202412/image_870x_676bb1dbae3cb.webp)
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Financial Times” yazıb.
Nəşr qeyd edib ki, Danimarkanın təklifi ABŞ prezidentinin bəyanatlarına reaksiya verməməkdən, susmaqdan ibarətdir.
Nəşr dörd məmura istinadən yazıb ki, bu strategiya ilə ABŞ-nin müttəfiqləri Trampın təcavüzkar diplomatiyasının öhdəsindən necə gəlməyi dərk etməyə çalışırlar. Çünki danimarkalı və avropalı məmurla öncə ümid ediblər ki, Trampın Qrenlandiyanın ələ keçirilməsi ilə bağlı şərhləri ərazi üzərində daha çox təsir əldə etmək taktikasıdır. Lakin indi onlar NATO-nun bacarıqsızlığının qlobal nəticələrini və ya Aİ-nin müttəfiqlərindən birinin milli suverenliyi pozmasını qınamamasını nəzərə alaraq, vəziyyətin daha ciddi olduğunu artıq başa düşürlər.
Odur ki, Danimarka, AB və NATO rəsmiləri ictimai müzakirələri hələlik minimuma endirmək qərarına gəliblər. Kopenhagen hesab edir ki, Trampla açıq qarşıdurma böhranı yalnız gərginləşdirəcək. “Deyəsən, Trampla bağlı ən təhlükəsiz variant diqqəti cəlb etməməkdir. Ümid edirəm ki, onun diqqətini başqa şey yayındıracaq”, - deyə Avropa məmurlarından biri deyib.
Nəşrin həmsöhbətlərindən biri xəbər verib ki, hazırda Brüssel, Kopenhagen və Nuukuda rəsmilər mühüm xammal və enerji istehsalı sahələrində Qrenlandiya ilə tərəfdaşlığın necə gücləndirilməsini müzakirə edirlər. O, əlavə edib ki, Tramp məsələni gündəmə gətirdiyindən Aİ uzun illərin hərəkətsizliyindən sonra təklif verirmiş kimi görünmək istəmir.
Bəzi məmurlar bildiriblər ki, Trampın Qrenlandiya ilə bağlı təhdidlərinə Avropanın etibarlı cavab verməyə qadir olub-olmayacağından narahatdırlar. “Mən demirəm ki, bizim planımız yoxdur. Amma alternativ yanaşmamız yoxdur", - deyə məmurlardan biri etiraf edib.
Xatirə SADİQ