"Əsədin gecə ilə alçaldıcı şəkildə qaçması..." - Suriyanın Moskvadakı səfiri
Suriyanın Moskvadakı səfiri Bəşər Cəfəri keçmiş prezident Bəşər Əsədi ölkədən biabırçı şəkildə qaçmaqda ittiham edib.
SAVASHMEDİA.az xəbər verir ki, suriyalı diplomat bu barədə “Russia Today” telekanalının ərəb dilində yayımlanan “Bir sözlə” verilişinə verdiyi şərhdə bildirib.
“Korrupsiyaya uğramış sistemin bir neçə gün ərzində dağılması onun həm cəmiyyətdə, həm də ordu və silahlı qüvvələr arasında qeyri-populyarlığından və dəstəyin olmamasından xəbər verir. Bu sistemin rəhbərinin ölkə qarşısında heç bir milli məsuliyyət hissi olmadan gecə vaxtı biabırçı və alçaldıcı şəkildə qaçması baş verən dəyişikliklərin zəruriliyini təsdiqləyir”, - deyə diplomat vurğulayıb.
Xatirə SADİQ