Oğurlanan azərbaycanlı iş adamı sərbəst buraxıldı - MÜƏMMA

Ukraynanın Odessa şəhərində oğurlanan azərbaycanlı iş adamı, diaspor nümayəndəsi Vüqar Fərhad oğlu Osmanov bu gün sərbəst buraxılıb.

May 1, 2025 - 22:33
Oğurlanan azərbaycanlı iş adamı sərbəst buraxıldı - MÜƏMMA

Həmyerlimiz bu gün axşam saatlarında onu aparan adamlar tərəfindən sərbəst buraxılıb.

V.Osmanovun kimlər tərəfindən aparılıb buraxılması ilə bağlı hələ ki dəqiq məlumat yoxdur.

Qeyd edək ki, aprelin 16-da V. Osmanov Odessada idman zalından çıxarkən naməlum şəxslər tərəfindən naməlum avtomobilə əyləşdirilərək naməlum istiqamətə aparılıb. Ondan sonra onunla heç bir əlaqə yox idi. Yerli polis dərhal rəsmi axtarışa başlamışdı. (report)