Separatçıların keçmiş meri Luqanskda öldürüldü
Ukraynanın işğal olunmuş Luqansk şəhərinin mərkəzində baş vermis partlayış nəticəsində keçmiş “mer” Manolis Pilavov ölüb.
SAVASHMEDİA.az bu barədə TAA agentliyinə istinadən xəbər verir.
Luqanskın Tarasa Şevçenko küçəsindəki partlayış Moskva vaxtı ilə təxminən saat 11:52-də baş verib.
Separatçı rejimin verdiyi məlumata görə, bir nəfər ölüb, üç nəfər yaralanıb.
“Təəssüf ki, Manolis Pilavov Luqanskda partlayış nəticəsində həlak olub”, - deyə mənbə söyləyib.
Shot telegram kanalı xəbər verib ki, partlayıcı Pilavov küçədən keçərkən işə düşüb. İlkin versiyaya görə, Ukrayna Silahlı Qüvvələri partladıcını damda qoyublar və uzaq məsafədən işə salıblar.
Ukrayna mediası xatırladıb ki, Pilavov 2014-cü ilin dekabrından, əslində isə şəhərin işğal edildiyi avqust ayından 2023-cü ilin noyabrına qədər qondarma “mer” olub.
Xatirə SADİQ