Ukrayna Amerika şirkətləri ilə müqavilə imzaladı - Zelenski 

Ukrayna bir neçə Amerika şirkəti ilə dronların, xüsusən də tutucu-dronların birgə istehsalına dair müqavilə imzalayıb.

Jul 3, 2025 - 18:10
Ukrayna Amerika şirkətləri ilə müqavilə imzaladı - Zelenski 

SAVASHMEDİA.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bunu prezidenti Volodimir Zelenski Danimarkaya səfəri zamanı deyib. 

Ukrayna prezidenti qeyd edib ki, səhər Danimarkaya səfəri zamanı Amerika şirkətləri ilə pilotsuz təyyarələrin birgə istehsalına dair sənəd imzalanıb. 

“Bu, Ukrayna və ABŞ arasında birgə istehsaldır, bir neçə şirkət olacaq. Biz, ilk növbədə, yalnız müxtəlif tipli dronlara diqqət yetiririk. Amma ən vacibi: bu il – yüz minlərlə, gələn il – artım olacaq. Əsas komponent artıq Ukraynada özünü doğrultmuş tutucu-dronlardır. Biz bir neçə şirkətin dronlarını sınaqdan keçirmişik. İndi, nəhayət, ciddi məhsul, ciddi müqavilə imzalamışıq. Biz çoxlu sayda “Şahed”in vurulacağına çox güvənirik”, - deyə Zelenski əlavə edib.  

Sonradan Ukrayna prezidenti X platformasında yazıb ki, söhbət özəlliklə Amerikanın “Swift Beat” şirkətindən gedir. Əməkdaşlıq çərçivəsində istehsal olunacaq dronların növləri – düşmən PUA və raketlərinin vurulması üçün tutucu-dronlar, kəşfiyyat və atəşin tənzimlənməsi üçün kvadrokopterlər, eləcə də uzaq arxa cəbhəyə zərbələr endirmək üçün zərbə-PUA-ları da konkretləşdirilib. 

Xatirə SADİQ