"Sputnik Azərbaycan"-ın əməkdaşları azadlığa buraxıldı

"Sputnik Azərbaycan"-ın Azərbaycan vətəndaşı olan 5 əməkdaşı zaminə buraxılıb.

Jul 3, 2025 - 19:08
"Sputnik Azərbaycan"-ın əməkdaşları azadlığa buraxıldı

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə "Sputnik Near Abroad" xəbər yayıb.

Xatırladaq ki, saxlanılan direktor İqor Kartavıx və əməkdaş Yevgeni Belousov barəsində həbs qətimkan tədbiri seçib.

Xətai Rayon Məhkəməsinin qərarı ilə onlar dörd ay müddətinə həbs olunublar.

Onların hər ikisi Cinayət Məcəlləsinin 178.3.1-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 192.2.2 (küllü miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 192.2.3 (mütəşəkkil dəstə tərəfindən törədildikdə), 193-1.3.1 (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 193-1.3.2 (xeyli miqdarda törədildikdə) maddələri ilə ittiham olunurlar.

Oğuz