Vüsal Əsgərov rəis təyin olundu - ƏMR

Gəncə şəhər 25 nömrəli Yanğından Mühafizə Hissəsinə yeni rəis təyin olunub.

Apr 11, 2025 - 21:13
Vüsal Əsgərov rəis təyin olundu - ƏMR

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə fövqaladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydarov əmr imzalayıb.

Əmrə əsasən, mayor Vüsal Əsgərov adıçəkilən qurumun rəisi vəzifəsinə gətirilib.

O, indiyədək sözügedən qurumda rəis müavini vəzifəsində çalışıb. (teleqraf)