Sabah ABŞ və Rusiya nümayəndələri bu ölkədə görüşəcəklər
Fevralın 18-də ABŞ və Rusiyanın yüksək rütbəli məmurları Səudiyyə Ərəbistanında bir araya gələcəklər.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Axios” mənbələrinə istinadən məlumat yayıb.
Məlumata əsasən, bu görüşdə Ukraynada müharibəyə son qoymaq üçün mümkün razılaşma müzakirə olunacaq.
Nəşr bildirir ki, Amerika nümayəndə heyətinə dövlət katibi Marko Rubio, Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uols və prezidentin Yaxın Şərqdəki xüsusi elçisi Stiv Uitkoff daxil olacaq.
“Axios” mənbəyə istinadən güman edir ki, Rusiya nümayəndə heyətinə xarici işlər naziri Sergey Lavrov da daxildir.
Xatirə SADİQ