Rusiyayönlü deputatın toxunulmazlığı ləğv olundu - Almaniyada 

Bundestaq deputat Maksimilian Kranın toxunulmazlığını Çinin xeyrinə casusluq haqqında işlə əlaqədar ləğv edib.

Sep 11, 2025 - 17:49
Rusiyayönlü deputatın toxunulmazlığı ləğv olundu - Almaniyada 

SAVASHMEDİA.az bu barədə “Bild” nəşrinə istinadən xəbər verir.

Məlumata görə, indi Drezden Baş Prokurorluğu onun Berlindəki ofislərində, həmçinin Drezden və Brüsseldəki yaşayış və iş yerlərində axtarışlara başlayıb. Buna səbəb Kraya qarşı rüşvət və “çirkli” pulların yuyulmasında ittihamlar olub. Hazırda  onun çoxdankı əməkdaşı Tszyan Qo da Çin kəşfiyyatının xeyrinə casusluq etdiyi üçün mühakimə olunur.

Kranın özü güman edilən casusluqdan xəbərsiz olduğunu iddia edir, lakin onun Çinlə əlaqələri artıq neçə illərdir suallar doğurur. Buraya Şanxay və Honq Konqda təhsil almaq, Tszyan Qonun şirkətində hüquqşünas kimi işləmək, “Aİ-Çin Dostluq Qrupu”nda iştirak etmək və “Yeni İpək Yolu” təşkilatı vasitəsilə lobbiçilik etmək, həmçinin Avropa Parlamentində Çin siyasətini dəstəkləmək kimi məqamlar daxildir.

Qeyd edək ki, Maksimilian Kra parlamentdə rusiyayönlü “Almaniya üçün Alternativ” (AfD) partiyasını təmsil edir. 

Xatirə SADİQ