Britaniyalı səfir Epşteyn qalmaqalına görə geri çağırılıb

Böyük Britaniyanın ABŞ-dəki səfiri Piter Mandelson pedofillikdə ittiham olunmuş amerikalı maliyyəçi Ceffri Epşteynlə əlaqələri ilə bağlı iddialardan sonra dərhal geri çağırılıb.

Sep 11, 2025 - 17:46
Britaniyalı səfir Epşteyn qalmaqalına görə geri çağırılıb

SAVASHMEDİA.az bu barədə Sky News telekanalına istinadən xəbər verir. 

Məlumata görə, bu barədə Avropa və Şimali Amerika məsələləri üzrə nazir Stiven Dauti parlamentdə danışıb.

“Elektron məktublar göstərir ki, onun Ceffri Epsteynlə münasibətlərinin dərinliyi və miqyası təyin olunduğu zaman məlum olandan əhəmiyyətli dərəcədə fərqlidir”, - deyə Dauti vurğulayıb.

O, əlavə edib ki, əsas dönüş nöqtələrindən biri “Mandelsonun Ceffri Epşteynin ilk məhkumluğunun qeyri-qanuni olması və ona etiraz edilməsi barədə gümanı” olub.

Xatirə SADİQ