“Ukrayna ordusu 16 kvadrat kilometr ərazini azad edib” - Sırski

Son həftələrdə Ukrayna ordusu Udaçnoye, Kotlino və Şevçenko yaşayış məntəqələri ərazisində 16 kvadrat kilometrə yaxın ərazini azad edib.

Apr 17, 2025 - 17:21
“Ukrayna ordusu 16 kvadrat kilometr ərazini azad edib” - Sırski

SAVASHMEDİA.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrin Ali Baş Komandanı, general Aleksandr Sırski bildirib.

Onun sözlərinə görə, düşmən planlarını dəyişməyib. Bu plana Ukrayna Silahlı Qüvvələrinin bölmələrini Donetsk və Luqansk vilayətlərindən kənara çıxarmaq və bu rayonların inzibati sərhədlərinə çatmaq daxildir. 

“Bununla belə, düşmənin planı reallaşmamış qalır. Biz müdafiə əməliyyatını davam etdiririk, əks-hücum hərəkətlərini keçiririk və müəyyən uğurlara malikik. Son bir neçə həftə ərzində Udaçnoye, Kotlino və Şevçenko yaşayış məntəqələri ərazisində təxminən 16 kvadrat kilometr ərazi azad edilib. Ukraynalı əsgərlərə cəsarət, hünər və peşəkarlıqlarına görə təşəkkür edirəm”, - Sırski vurğulayıb. 

Xatirə SADİQ