“Macarıstan yalnız qalıb” – Antonio Koşta

Macarıstan təcrid olunmuş ölkə olaraq Avropa İttifaqında (Aİ) parçalanma yaratmır.

Mar 7, 2025 - 12:53
“Macarıstan yalnız qalıb” – Antonio Koşta

SAVASHMEDİA.az xəbər verir ki, bunu Avropa Şurasının rəhbəri Antonio Koşta brifinqdə deyib.

Onun sözlərinə görə, Aİ-nin Ukrayna ilə bağlı sammitinin nəticələrini dəstəkləməməklə Macarıstan özünü ümumavropa konsensusundan təcrid edib və Aİ-nin digər 26 dövlətinə qarşı çıxıb.

“Biz hamımız sülh istəyirik. Fərq ondadır ki, 26 ölkə sülhə gedən yolun Ukraynanın müdafiə qabiliyyətini gücləndirməkdən keçdiyini hesab edir. Macarıstan özünü bu konsensusdan təcrid edib, o yalnızdır. Təcrid olunmuş ölkə parçalanma yaratmır. Vahid mövqe ətrafında birləşən 26 ölkə, 24 fevral 2022-ci ildən bəri etdiyimiz kimi, Ukraynanı dəstəkləməyə davam edəcək”, - deyə Koşta vurğulayıb.

Xatirə SADİQ