Ukrayna ordusu “Mirage” və F-16 qırıcıları ilə düşmənə cavab verdi
Rusiyanın raket hücumunun dəf edilməsi zamanı Ukrayna ordusu ilk dəfə olaraq Fransanın “Mirage 2000” qırıcısından istifadə edib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinə istinadən jurnalist Dmitri Qordonun “telegram” kanalında məlumat yayılıb.
“F-16 və Mirage-2000 təyyarələri də daxil olmaqla, qırıcı aviasiyası cəlb olunub. Qeyd edək ki, cəmi bir ay əvvəl Ukraynaya gətirilən fransız qırıcıları ilk dəfə olaraq düşmənin hava hücumunun dəf edilməsində iştirak ediblər”, - deuə məlumatda vurğulanıb.
Ukrayna “Mirage 2000” qırıcılarını fevralda alıb.
Xatirə SADİQ