Tramp Lukaşenkoya qol düymələri bağışlayıb
ABŞ prezidenti Donald Tramp belaruslu həmkarı Aleksandr Lukaşenkoya üzərində Ağ Evin təsviri olan qol düymələri hədiyyə edib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Lukaşenkonun mətbuat xidməti məlumat yayıb.
Məlum olub ki, bu hədiyyə amerikalı prezidentin Ukrayna üzrə xüsusi elçisinin müavini Con Koul vasitəsilə Lukaşenkoya çatdırılıb.
“Mən artıq Oval kabinetdən çıxırdım. O, məni saxladı və rica etdi: “Gözlə, dayan, dayan, bunu prezidentə verməyi unutma”, - deyə Koel danışıb.
Belarus prezidenti bildirib ki, “borclu qalmayacağına çalışacağını” bildirib.
Xatirə SADİQ