Çarli Kirkin qatilinin tüfəngi tapıldı - Qaçanda atıbmış
ABŞ-nin Federal Təhqiqatlar Bürosu (FTB) podcaster Çarli Kirkin həyatına son qoya biləcək tüfəng tapıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
“Tüfəng atıcının qaçdığı meşəlik ərazidə tapılıb. FTB laboratoriyası silahı təhlil edəcək”, - deyə FTB-nin xüsusi xəfiyyəsi Robert Bols mətbuat konfransında bildirib.
Qatilin özü hələ tapılmayıb.
Yuta ştatının komissarı Bo Meyson qeyd edib ki, şübhəli tələbə görünüşünə malik olub və hüquq-mühafizə orqanlarında onun fotosu da var.
“Bu adam tələbə yaşında görünür. Biz onun izinə düşə biləcəyimizə əminik”, - deyə Meyson vurğulayıb.
Xatirə SADİQ