Toyda olarkən 3 ailə üzvünün ölüm xəbərini alıb - Müğənni danışdı

Müğənni Nazənin Salayeva qardaşı Pərvizin ölüm xəbərinin ondan 1 gün gizlədildiyini bildirib.

Nov 15, 2024 - 09:56
Toyda olarkən 3 ailə üzvünün ölüm xəbərini alıb - Müğənni danışdı

O, bu barədə ARB-də verilişdə qonaq olarkən danışıb.

Nazənin həmin gün toyda olduğu üçün həyat yoldaşı müğənninin prodüseri ilə əlaqə saxlayaraq bununla bağlı ona bir kəlimə də deməməyi tapşırıb.

Müğənni həyatında növbəti ağır günlərini də toyda olarkən yaşadığını bildirib. Nazənin Salayeva eyni şadlıq sarayında, lakin fərqli zamanlarda toy ifa edərkən ata-anasının ölüm xəbərini aldığını bildirib.

Daha ətraflı videoda: