Orxan Lökbatanlı ölüm xəbəri yayılan gecədən DANIŞDI

Meyxanaçı Orxan Lökbatanlı bir neçə gün əvvəl yayılan ölüm xəbərindən danışıb.

Mar 3, 2026 - 20:04
Orxan Lökbatanlı ölüm xəbəri yayılan gecədən DANIŞDI

SAVASHMEDİA.az xəbər verir ki, ifaçı "Qonaqcanlı" proqramına açıqlamasında bunları deyib:

"Səs tellərimin üstündə şiş var idi. Kəsilib götürüldü. Əməliyyat olunduğum gün verilişdə olmalıydım. Amma gedə bilmədim. Köməkçim veriliş heyətinə 5 saniyəlik video atdı ki, həqiqətən xəstəxanadayam. Onlar da pis məqsədlə yox, məlumat məqsədilə paylaşdılar. Başqa bir sayt götürüb yazdı ki, Orxan ölüb. Şükür ki, həmin xəbər yayılan zaman valideynlərim, ailəm yanımda idi. Kənarda olsaydılar nə olardı bilmirəm. Valideynlərim yaşlı insanlardır".

Aytən