Polşada ukraynalı saxlanılıb

Polşa Daxili Təhlükəsizlik Agentliyinin əməkdaşları 47 yaşlı ukraynalını Rusiya xüsusi xidmətlərinə işləməkdə şübhəli bilinərək saxlayıb.

Apr 1, 2025 - 14:48
Polşada ukraynalı saxlanılıb

SAVASHMEDİA.az “Polsat News”a istinadən xəbər verir ki, bu barədə Polşa Daxili İşlər Nazirliyinin (DİN) sözçüsü Yaçek Dobrzinski bildirib. 

DİN sözçüsü diqqətə çatdırıb ki, şəxsi qənaətlər və materiallar əsasında ukraynalı Mazovetski voyevodalığının ərazisində saxlanılıb.

Onun sözlərinə görə, şübhəli şəxs Polşa ərazisində hərbi obyektlərdə kəşfiyyat aparıb. 

Varşavanın rayon məhkəməsi ukraynalının barəsində 3 ay həbs-qətiimkan tədbiri seçib. 
 
Xatirə SADİQ