“Ürəklərini hədəf aldıq” – İran İsrailə meydan oxudu

İran İsrailə ballistik raket atıb.

Oct 1, 2024 - 22:49
Oct 1, 2024 - 22:50
“Ürəklərini hədəf aldıq” – İran İsrailə meydan oxudu

SAVASHMEDİA.az xarici mətbuata istinadən xəbər verir ki, məlumatı İsrail ordusu təsdiqləyib.

Məlumata görə, raketlər daha çox paytaxt Yerusəlim və ölkənin ən böyük şəhəri Təl-Əvivə atılıb. “Dəmir Qübbə” hava hücumundan müdafiə sistemləri işə salınıb. Bütün ölkədə həyəcan siqnalı verilib. İsrail vətəndaşları yeraltı sığınacaqlara sığınıblar.

Raket hücumunun ardından İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) bəyanat yayıb.

“Biz Haniyə, Nəsrullah və Nifuruşanın qisası üçün işğal altındakı torpaqların ürəyini hədəf aldıq. Sionist rejim İranın hücumlarına cavab verərsə, daha şiddətli hücumlarla üzləşəcək”, – bəyanatda bildirilib.

İran Dövlət Televiziyası da İranın İsrailə qarşı irimiqyaslı raket hücumlarına başladığını açıqlayıb.

İsrailin mədəniyyət və idman naziri Miki Zohar İranın bu addımına çox sərt şəkildə cavab veriləcəyini və bu qərarın molla rejiminin sonu olacağını bildirib.

Səlcuq