İlon Maskdan Kamala Harrislə bağlı sərt açıqlama

Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harrisin ABŞ prezident seçkilərində qələbəsi “qəddar cəza növü” ola bilər.

Oct 2, 2024 - 17:40
İlon Maskdan Kamala Harrislə bağlı sərt açıqlama

SAVASHMEDİA.az xarici mediaya istinadən xəbər verir ki, bunu amerikalı iş adamı İlon Mask X sosial şəbəkəsindəki səhifəsində yazıb.

“Mən dörd il ərzində Kamalaya və Uolta (Harrisin seçkilərdəki tərəfmüqabili, vitse-prezidentliyə namizəd)  baxa bilməyəcəm. Bu, qəddar və qeyri-adi cəza olardı”, - deyə Mask vurğulayıb.

Qeyd edək ki, Mask prezident seçkilərində Respublikılar Partiyasının namizədi Donald Trampı dəstəkləyir. Tramp bundan öncə bildirib ki, seçkilərdə qalib gələcəyi təqdirdə biznesmenə ABŞ hökumətinin auditinə cavabdeh olacağını təklif edib və Mask razılaşıb.

Hazırda seçicilər arasında aparılan sorğulara görə, amerikalıların 48,6 faizi Harrisə, 45,9 faizi Trampa səs verməyə hazırdır.

Xatirə SADİQ