BMT TŞ bu gün Ukrayna üçün toplanacaq

Ukraynanın tələbi ilə BMT Təhlükəsizlik Şurası (TŞ) Rusiyanın Kiyevə raket zərbəsi endirməsi ilə bağlı bu gün fövqəladə iclas keçirəcək.

Aug 29, 2025 - 17:10
BMT TŞ bu gün Ukrayna üçün toplanacaq

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Ukrayna xarici işlər naziri Andriq Sibiqa X sosial şəbəkəsində yazıb. 

Onun sözlərinə görə, BMT TŞ-nin gövqəladə iclası Kiyev vaxtı ilə saat 22:00-da başlayacaq.

“Biz Təhlükəsizlik Şurasının üzvlərini bu iclasdan istifadə edərək Rusiya terroru qarşısında Ukraynaya dəstəyi ifadə etməyə və Rusiya təcavüzkarına təzyiqləri artırmağa çağırırıq. Yalnız təzyiq, o cümlədən yeni sərt sanksiyalar Moskvanı diplomatiya imitasiyasını dayandırmağa və müharibəni bitirmək üçün real səylər göstərməyə məcbur edə bilər”, - deyə Sibiqa əlavə edib.

Xatirə SADİQ