Mourinyo getdi, o gəldi - FOTO
“Fənərbağça” Kərəm Aktürkoğlunu heyətinə qatıb.
SAVASHMEDİA.az xəbər verir ki, Türkiyə təmsilçisi həftələrdir davam edən danışıqlardan sonra 25 milyon avroya (22,5 milyon+2,5 milyon avro) Kərəmin transferini yekunlaşdırıb.
Aktürkoğlu “Benfika”nın məşqlərinə qatılmayıb. Əşyalarını toplayaraq komanda yoldaşları ilə vidalaşıb.
Məlumata görə, tezliklə Türkiyədə olacaq.
Qeyd edək ki, “Fənərbağça” klubu bu gün baş məşqçisi Joze Mourinyo ilə yolları ayırıb. Klub portuqal mütəxəssisə 15 milyon avro təzminat ödəyəcək. “Fənərbağça”nın baş məşqçisi postuna iki namizəd var – Yurgen Klopp və İsmail Kartal. “Fənərbağça”nı “Gənclərbirliyi” ilə matçda köməkçi məşqçi Zeki Murat Göle idarə edəcək.
Banu
Kərəm Aktürkoğlu