Santuş oyundan sonra Mahir Emrelini danlayıb? - “Uşaq deyiləm ki...”
Futbol üzrə Azərbaycan milli komandasının hücumçusu Mahir Emreli dünənki oyunla bağlı daha bir açıqlama verib.
UEFA Millətlər Liqasının dördüncü turu çərçivəsində Slovakiyaya qarşı keçirilən matçın sonlarına yaxın qırmızı kart alaraq komandasını azlıqda qoyan hücumçu oyundan sonra baş verənlərə aydınlıq gətirib.
SAVASHMEDİA.az xəbər verir ki, baş məşqçi Fernandu Santuşun həmin epizodla bağlı futbolçuya hansısa irad bildirib-bildirməməsinə Mahir Emrelinin cavabı belə olub:
“Oyundan sonra Santuş mənə heç nə demədi. Onsuz da uşaq deyilik ki, özümüz hər şeyi başa düşürük. Peşəkar futbolçuyuq, gənc perspektivli deyilik ki. Düşünəcəm. Bəlkə daha yaxşı ola bilərdi həmin epizodda. Bir qədər ötürmə səhv getdi deyə əks hücumdan narahat oldum və öz yerimdən o mövqeyə qaçdım ki, komandaya kömək edim. Rəqib futbolçu da həmin epizodda ağıllı davrandı. düşündüm ki, sürət yığar, amma o dayandı. Cəriməni özü qazandı”.
Səlcuq