“Turan Tovuz”un gənc qapıçısı Türkiyə və Rusiya klublarının diqqətində
“Turan Tovuz”un U-16 komandasının qapıçısı Yusif Həsənov Rusiya və Türkiyə klublarının diqqət mərkəzindədir.
SAVASHMEDİA.az xəbər verir ki, sözügedən ölkənin idman menecerləei 185 sm boyu olan gənc qolkiperlə maraqlanmağa başlayıblar.
“Turan” akademiyasının gələcəyinə böyük ümidlər bəslədiyi gənc qapıçısı haqqında digər klubların nümayəndələri ümidli danışıblar.
“Qəbələ” Akademiyasının qapıçılar üzrə əlaqələndiricisi Elçin Rzazadə: “Yusif Həsənov bizim akademiyada olanda da istedadı ilə seçilirdi. Həqiqətən də çox potensiallı qapıçıdır. Üzərində çox işləsə, daha böyük klublarda görə bilərik”.
“Tovuz Turan” Akademiyasının əlaqələndiricisi Ülfət Mədətov: “Yusif Həsənov hazırda bizim akademiyanın aşağı yaş qruplarının şərəfini qoruyur. Bizə dekabrda qoşulub. Bütün hallarda uğurlar arzulayıram”.
“Neftçi” Akademiyasının qapıçılar üzrə əlaqələndiricisi Aqil Məmmədov: “ Hazırkı performansı onu göstərir ki, gələcəkdə çox gözəl qapıçı olacaq. Fiziki göstəriciləri tam yüksək səviyyədədir. Bu yaşda ölkədə belə fiziki göstəricilərə malik çox az qapıçı var. Əlbəttə, Avropa klublarından təklif varsa, biz buna ancaq sevinə bilərik”.