Mourinyo məğlubiyyətdən sonra "Kərəmsiz olmur" dedi - Türk ulduz "Benfika"ya qayıdır?

“Benfika”nın baş məşqçisi Joze Mourinyo Çempionlar Liqası matçında “Nyukasl Yunayted”ə 0:3 hesablı məğlubiyyətdən sonra mətbuat konfransı keçirib.

Oct 22, 2025 - 12:25
Mourinyo məğlubiyyətdən sonra "Kərəmsiz olmur" dedi - Türk ulduz "Benfika"ya qayıdır?

SAVASHMEDİA.az xəbər verir ki, portuqal mütəxəssis ümidsiz olmadığını bildirib:

“Qrupdan çıxmaq üçün 15 xal qazanmağımız vacib deyil. Bunu 9 və ya 11 xalla da edə bilərik. Evdə keçirəcəyimiz iki oyun var. Özümüzü toplamalıyıq”.

Mourinyo “Fənərbağça”nın futbolçusu Kərəm Aktürkoğludan da danışıb:

“Çox bəyəndiyim bir futbolçu vardı, ancaq artıq bizimlə deyil. “Benfika” olaraq Kərəm Aktürkoğlu üçün çox darıxırıq. Onu axtarırıq. Ancaq buna görə “Benfika”nı günahlandıra bilmərəm, çünki “Fənərbağça” burada aldığı məvacibin 5 qatını təklif etdi. Nəticə qaçınılmaz oldu”.

Qeyd edək ki, “Fənərbağça” Kərəm Aktürkoğlunun transferi üçün “Benfika” klubu ilə aylarla danışıqlar aparıb. Nəticədə, türkiyəli ulduz 25 milyon avroya İstanbul təmsilçisinə keçib.

Banu