Çində uçan taksilər fəaliyyətə başladı + Maraqlı VİDEO

Çin hökuməti uçan taksi üzrə kommersiya sənayesinin qurulması istiqamətində böyük addım atıb.

Apr 1, 2025 - 15:09
Çində uçan taksilər fəaliyyətə başladı + Maraqlı VİDEO

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə SCMP məlumat yayıb. 

Məlumata əsasən, bu, tənzimləyici orqanların iki şirkətə – “EHang Holdings” və “Hefei Hey Airlines”avtonom sərnişin dronlarının istifadəsi üçün ölkədə ilk icazələri verdikdən sonra mümkün olub. 
 
“EHang Holdings” və “Hefei Hey Airlines” şirkətləri ötən şənbə günü Çin Mülki Aviasiya Administrasiyasından hava operatoru sertifikatlarını alıb. 

Bu şirkətlər artıq şəhər üzrə ekskursiya turları da daxil olmaqla, kommersiya sərnişin xidmətləri göstərmək üçün pilotsuz uçuş aparatlarından istifadə edə bilərlər.

Xatirə SADİQ