Mətbəxi qarışqalardan belə təmizləyin - ÜSULLAR

Mətbəxlərin istənilməyən ziyarətçilərindən biri qarışqalardır.

Mar 12, 2025 - 22:43
Mətbəxi qarışqalardan belə təmizləyin - ÜSULLAR

Mətbəxi qarışqalardan təmizləmək üçün həm pestisid spreylər, həm də təbii üsullardan istifadə etmək olar.

SAVASHMEDİA.az təbii üsullardan bir neçəsini təqdim edir:

Sirkəli su

Sirkə ilə suyu qarışdırıb qarışqalar olan hissəyə püskürdün. Sirkənin kəskin qoxusu qarışqaları mətbəxdən uzaqlaşdıracaq.

Limonlu su

Bir limonu suya sıxın və qarışdırın. Qarışımı mətbəxə püskürdün. 

Nanə yağı

Nanə yağını pambığa töküb mətbəxin müxtəlif yerlərinə qoyun. Nanə yağını suya töküb püskürtməklə də mətbəxinizi qarışqalardan azad edə bilərsiniz.

Xiyar qabıqları

Xiyarı soyub qabıqlarını mətbəxdə stolunun və ya digər əşyaların üstünə qoyun. Xiyar qabığındakı bir maddə qarışqaları mətbəxdən kənarlaşdıracaq.

Darçın

Toz darçını mətbəxə səpin.Ətri qarışqaları qaçıracaq.

Duru sabun və su

Suya bir neçə damcı duru sabun töküb çalxalayın. Sonra qarışımı mətbəxdə əşyaların üstünə püskürdün. Problem həll olacaq.

Yağmur