Məşhur aktyor təcili xəstəxanaya yerləşdirildi - FOTO
Türkiyənin məşhur teatr və kino aktyoru Ali Tutal təcili xəstəxanaya yerləşdirilib.
SAVASHMEDİA.az xəbər verir ki, ustad aktyor ötən gün infarkt keçirib.
Hazırda 75 yaşlı aktyorun xəstəxanada müalicəsi davam etdirilir. Son durumu ilə bağlı məlumat verilməyib.
Qeyd edək ki, Ali Tutal “Yasak Elma”, “Geniş Aile”, “Arka Sokaklar” kimi seriallarda rol alıb.
Banu
Fotoda: Ali Tutal