Bu qarışımla dümdüz qarına sahib olun! – Cəmi 1 aya
İdeal bədən quruluşu, dümdüz qarın hamının arzusudur.
Kimi bundan ötrü plastik əməliyyatlar etdirir, kimi isə idman edir. Lakin arıqlamaq və ideal formaya sahib olmaq üçün təbii üsullara baş vuranlar da az deyil.
SAVASHMEDİA.az bu dəfə oxucularına yaşıl tərəvəzlərdən və onlardan hazırlanan qarışımın faydasından bəhs edəcək.
Yaşıl tərəvəzləri birlikdə istehlak etmək pəhriz prosesində çox təsirli olur. Tərkibindəki zəngin lif və antioksidantlar təbii olaraq orqanizmi dəstəkləyir, maddələr mübadiləsini sürətləndirir və toxluq hissini artırır. Bu qidaların birləşməsi sağlam həzmi təmin edir və formada qalmağınıza kömək edir. Bu bitkilərdən hazırlanan qarışım sağlam olmaqla yanaşı möhtəşəm dadı ilə də qida rasionunuzun vazkeçilməzinə çevriləcək. Bu qarışım sayəsində bir ay ərzində dümdüz bir qarına, artıq yağlardan və piydən azad olmuş ideal bədənə sahib olmaq mümkündür.
Qarışımı hazırlamaq üçün lazım olan yaşıl tərəvəzlər:
1 ovuc ispanaq yarpağı
1 xiyar
1 yaşıl alma
1 dilim təzə zəncəfil
1 xörək qaşığı limon suyu
Yarım stəkan su (istədiyiniz kimi artıra bilərsiniz)
5-6 budaq cəfəri
Hazırlanma qaydası
• Bütün inqrediyentləri yaxşıca yuyun.
• Xiyar və almanı qabıqları ilə birlikdə doğrayın.
• Bütün doğranmış inqrediyentləri blenderə tökün.
• 1 stəkan su əlavə edin və tam həll olana qədər qarışdırın.
• Qarışımı bir stəkana tökün və istədiyiniz vaxt için. Qarışıma buz da əlavə edə bilərsiniz.
Yağmur