Yanacaq daşıyan avtomobildə yanğın, ölən var
Qazax Neft Baza Sahəsinin həyətində “MAN” markalı avtomobildə baş vermiş yanğın nəticəsində ölən şəxsin kimliyi məlum olub.
SAVASHMEDİA.az xəbər verir ki, ölən şəxsin Neft Baza Sahəsində süzücü-tökücü vəzifəsində işləyən Qazax şəhər sakini, 1994-cü il təvəllüdlü Şəmil İbrahimov olduğu bildirilir.
Məlumata görə, o, yanaraq ölüb.
Faktla bağlı Qazax rayon prokurorluğunda araşdırma gedir.