Rusiya təyyarələri Xameneinin qızıllarını Moskvaya daşıyır - Sonuncu reysdə özünü aparacaq?
İranın İlam ostanının Abdanan və Məlekşahi şəhərləri faktiki olaraq etirazçıların nəzarətinə keçib.
SAVASHMEDİA.az-ın xəbərinə görə, yaxın günlərdə digər şəhərlərdə də faktiki hakimiyyətin üsyançıların əlinə keçəcəyi gözlənilir.
Belə bir vəziyyət isə İranda molla rejiminin süqutu anlamına gəlir. İrandan daxil olan xəbərlərdə də artıq rəsmilərin "çemodan əhvalı"nda olduğu iddia edilir. Prosesin artıq dönməz xarakter aldığını anlayan rejim mənsubları ölkədən qaçmaqdan başqa yol görmürlər.
Bu baxımdan Britaniya parlamentində deputat Tom Tuqendhatın İranla bağlı səsləndirdiyi sensasion açıqlama diqqət çəkir. O, son günlər Rusiyaya məxsus yük təyyarələrinin Tehrana enərək İrandan böyük həcmdə qızıl apardığını bəyan edib. Parlamentarinin sözlərinə görə, bu faktlar İran rejiminin mümkün hakimiyyət dəyişikliyinə hazırlaşdığını göstərir.
O bildirib ki, müşahidələr Rusiyanın yük təyyarələrinin Tehrana tez-tez enib-qalxdığını göstərir.
Son günlər həm yerli, həm də beynəlxalq mediada İranın ali dini lideri Əli Xameneinin Rusiya paytaxtına qaçacağı ilə bağlı xəbərlər də intensivləşib.
Mütəmadi olaraq Tehrana enib-qalxan Rusiya yük təyyarələrinin kimlərin varidatını daşıdığı isə sirr deyil. Məlumata görə, həmin təyyarələrdə bir sıra İran rəsmisinin, eləcə də Əli Xameneinin qızılları və digər daşınar varidatı aparılır. Sonuncu reysdə isə ali dini rəhbərin özünün Moskvaya qaçacağı istisna edilmir.
Axı biz bu kinoya bir müddət əvvəl Bəşər Əsədin ssenarisində bir dəfə baxmışıq. Yenə həmin ssenaridir, sadəcə baş rol ifaçıları dəyişib.
Oğuz