Mensturasiya sancılarını azaldan bitki çayları

Mensturasiya sancıları bəziləri tərəfindən normal şiddətdə olan adi ağrı olsa da, bəziləri tərəfindən çox şiddətli və dözülməz ağrı kimi izah edilir. 

Mar 12, 2025 - 23:14
Mensturasiya sancılarını azaldan bitki çayları

Bu period insandan insana görə dəyişkənlik göstərir. 

SAVASHMEDİA.az bu dəfə mensturasiya sancılarını kəsəcək bitki çaylarını təqdim edir:

Zəncəfil çayı: aparılan araşdırmalara görə zəncəfilin ağrı kəsici xüsusiyyəti var. Digər araşdırmalar isə zəncəfil çayının mensturasiya ağrılarına yaxşı təsir göstərdiyini açıqlamışdır. Bu periodda zəncəfil çayını gündə maksimum 3 stəkan içməyiniz ürək bulantılarına və ağrıya təsir edir.

Çobanyastığı çayı: çobanyastığı çayının tərkibində antispazmik olduğu üçün o da zəncəfil çayı kimi ağrıların qarşısını alır. Gündəlik ən çox 3 stəkan çobanyastığı çayı içilə bilər.

Nanə çayı: Nanə çayı baş ağrısı üçün bitki tərkibli çaylar sinfində yer alan və eyni zamanda sakitləşdirici, ishal əngəlliyici xüsusiyyətə sahibdir. Saydığımız bu 3 problem adətən mensturasiya periodunda sıxlıqla yaşanır. Gündə ən çox 3 stəkan nanə çayı içə bilərsiniz.