“Mixail Kavelaşvilinin diplomu olmasa da, savadlıdır” - “Gürcü arzusu”
“Vətənə məhəbbət, sədaqət və elementar səriştələri dərk etmək üçün diplom tələb olunmur – Mixail Kavelaşvili diplomsuz da çoxlarından daha savadlıdır”.
SAVASHMEDİA.az gürcü KİV-nə istinadən xəbər verir ki, bunu “Gürcü arzusu”nın parlamentindəki fraksiyasının lideri Mamuka Mdinaradze deyib.
Gələcək prezident Mixeil Kavelaşvilinin diplomunun olmaması ilə bağlı problemin olub-olmaması ilə bağlı suala Mdinaradze cavab verib ki, bu, nə formal, nə də real baxımdan problem yaratmır.
“Baxın, bizim prezidentlərin iki diplomu var idi, onlar da ölkəni qurdular!”, - deyə Mdinaradze söyləyib.
Mdinaradze iddia edib ki, bir çox ölkələrin konstitusiyasına görə, parlament üzvlərinin və prezidentin senzi ilə bağlı məsələlər arasında diplomdan bəhs edilmir.
“Məgər bu, heç nə demək deyilmi? Əgər biz parlament üzvlərindən və prezidentdən diplom tələb etmiriksə, bunun öz əsası var. Magistr diplomuna tələb idarə rəisi müavinin senzində yazıla bilər, amma prezident və parlamentin deputatına münasibətdə yazılmır – bu, məhz demokratik nailiyyətdir. Parlament üzvünün diploma ehtiyacı olmaya bilər və o, daha populyar, ölkəyə sadiq və peşəkar olacaq”, - deyə Mamuka Mdinaradze iddia edib
Mdinaradzenin sözlərinə görə, prezidentliyə irəli sürmək üçün namizədliyi nəzərdən keçirilən altı-yeddi namizəd olub.
Xatirə SADİQ