"İlon Mask gedəcək" - Donald Tramp
Amerikalı milyarder İlon Maskın rəhbərlik etdiyi ABŞ Hökumətinin Səmərəliliyi Departamenti (DOGE) müəyyən məqamda fəaliyyətini dayandıracaq.
SAVASHMEDİA.az CNN-ə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp jurnalistlərlə söhbətində deyib.
Onun sözlərinə görə, amerikalı milyarder İlon Mask 130 gün ərzində xüsusi dövlət qulluqçusu qismində onun ixtiyarındadır.
“Ona böyük şirkəti idarə etmək lazımdır və hansısa məqamda o, geri qayıdacaq. Onu bacardığım qədər saxlayardım. O, çox istedadlı oğlandır. Bilirsiniz ki, mən çox ağıllı insanları sevirəm. O, çox ağıllıdır və yaxşı iş görüb. Hansısa məqamda İlon öz şirkətinə qayıtmaq istəyəcək”, - deyə Tramp vurğulayıb.
Maskın yoxluğunda DOGE-nin fəaliyyətini davam etdirib-etməyəcəyi ilə bağlı suala cavabında Tramp bildirib ki, federal agentliklərin rəhbərləri işi sərbəst yerinə yetirməklə bağlı çox şey öyrəniblər və onlardan bəzilərinin DOGE işçilərini “göyərtədə” saxlamaq istəyəcəklər.
“Bilirsinizmi, müəyyən bir məqamda bunun bitəcəyini düşünürəm. Elə bir məqam gələcək ki, katiblər bu işi görə biləcəklər və bunu, biz dediyimiz kimi, cərrah bıçağı ilə edə biləcəklər və bu, bizim istədiyimizdir”, - deyə amerikalı prezident əlavə edib.
Xatirə SADİQ