Emin Əmrullayev deputata feysbukdan CAVAB VERDİ - FOTO
Milli Məclisin iclasında deputat Ceyhun Məmmədov Azərbaycanda 4400 məktəbdən 1500-nün bağlanmasının planlaşdırıldığını açıqlayıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu açıqlamadan sonra məsələ mediada və sosial şəbəkələrdə geniş müzakirə olunub.
Elə elm və təhsil naziri Emin Əmrullayev də məsələyə feysbukda aydınlıq gətirib.
Belə ki, mövzu ilə bağlı postların birinə rəy bildirən nazir belə yazıb:
“Bu, doğru məlumat deyil. Bu barədə bir qədər sonra açıqlamamız olacaq. Bu, əvvəllər də qeyd etdiyim “eşitdiyini və ya oxuduğunu doğru anlamamaq” problemindən irəli gələn məsələdir. Aydınlaşdırmaq üçün daha detallı məlumat ictimaiyyətə ən qısa zamanda təqdim ediləcək”.
Oğuz