“Sonuncu belə hadisə Kaliqula atını Senata təyin edəndə baş vermişdi” – Mixail Saakaşvili

“Gürcüstan öz dövlətçiliyinin məhvinin son mərhələsinə qədəm qoyub”. 

Nov 27, 2024 - 16:51
“Sonuncu belə hadisə Kaliqula atını Senata təyin edəndə baş vermişdi” – Mixail Saakaşvili

SAVASHMEDİA.az xəbər verir ki, bunu Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili “Facebook” hesabında yazıb.

“Gürcü arzusu”nun Mixail Kavelaşvilinin prezidentliyə namizədliyini irəli sürməsinə münasibətini açıqlayan Saakaşvili bildirib: 

“Sonuncu belə hadisə Roma İmperiyasında, Kaliqula atını Senata təyin edəndə baş vermişdi. Bunun məqsədi gürcü xalqının özünə hörmətini mümkün qədər aşağı salmaqdır”.

Qeyd edək ki, hakim partiyanın ali təhsili olmayan keçmiş futbolçunun prezidentliyə namizədliyini irəli sürməsi Gürcüstanda çaşqınlıq yaradıb. 

Gürcüstanın altıncı prezidentinin seçkiləri dekabrın 14-də keçiriləcək. 

Xatirə SADİQ