"Zelenskinin başqa yolu yoxdur, qəbul edəcək" - Tramp

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Ukrayna Prezidenti Volodimir Zelenskiyə Vaşinqtonun münaqişənin həlli ilə bağlı planını qəbul etməkdən başqa yol qalmayacaq.

Nov 22, 2025 - 01:36
"Zelenskinin başqa yolu yoxdur, qəbul edəcək" - Tramp

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə o, Ağ Evdə jurnalistlərlə söhbəti zamanı danışıb.

Biz hesab edirik ki, sülhə nail olmağın bir yolu var, o, bu planı qəbul etməli olacaq”, - Tramp bildirib.

ABŞ lideri həmçinin qeyd edib ki, əgər Zelenski planı qəbul etməsə, Vaşinqtonun Kiyevə dəstəyinin dayanıb-dayanmayacağı ilə bağlı suala açıq qalır.

“Gec-tez onun nəsə qəbul etməsi lazım gələcək”, - Tramp deyib.

Trampın sözlərinə görə, Ukrayna tərəfi hazırkı vəziyyətdə daha sürətli hərəkət etməli idi.

Aytən