Qurbanov "Bu şəhərdə"nin həmin parodiyasından danışdı

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Bu şəhərdə"nin konsertində parodiya olunmasına reaksiya verib.

Nov 22, 2025 - 01:19
Nov 22, 2025 - 13:30
Qurbanov "Bu şəhərdə"nin həmin parodiyasından danışdı

SAVASHMEDİA.az-ın məlumatına görə, 53 yaşlı mütəxəssis bu barədə Premyer Liqanın XII turunda səfərdə "Sumqayıt"ı 4:2 hesabı ilə məğlub etdikləri oyundan sonra keçirilən mətbuat konfansında danışıb.

"Kiminsə işinə qarışmaq istəmirəm. Belə şeylərə çox baxmıram. Onlara uğurlar arzu edirəm", - deyə Qurbanov bildirib.

Qeyd edək ki, "Bu şəhərdə" Qurban Qurbanovu parodiya etdiyi üçün tənqid olunurdu.

Aytən