Kaya Kallas İranı Rusiyanı dəstəkləməməyə çağırdı

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas iranlı həmkarını Rusiyaya hərbi dəstəyi dayandırmağa çağırıb. 

May 5, 2025 - 17:19
Kaya Kallas İranı Rusiyanı dəstəkləməməyə çağırdı

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Kallas “X” sosial şəbəkəsində yazıb.

Kallasın sözlərinə görə, o, Abbas Əraqçi ilə Aİ-nin nüvə məsələsi və regionda gərginliyin azaldılması ilə bağlı diplomatik səylərə dəstəyini qeyd etmək üçün telefonda danışıb.

Söhbət zamanı o, həbsdə olan Aİ vətəndaşları və insan haqlarının vəziyyəti ilə bağlı narahatlığını da bildirib. 

“Aİ və İran arasında münasibətlər bütün sahələrdə irəliləyişdən asılıdır”, - deyə təşkilatın baş diplomatı əlavə edib.

Xatirə SADİQ