“Skype” xidməti bağlandı - “Microsoft”

“Microsoft” korporasiyası 5 may 2025-ci ildən etibarən “Skype” xidmətinin fəaliyyətini dayandırıb.

May 5, 2025 - 17:25
“Skype” xidməti bağlandı - “Microsoft”

SAVASHMEDİA.az bu barədə “Azadlıq Radiosu”na istinadən xəbər verir.

Məlumata görə, korporasiya istifadəçilərə bu barədə əvvəlcədən xəbərdarlıq edərək, onlara “Teams”ə keçməyi, kontaktları və hesabları saxlamağı və ya mesajların arxivini yükləməyi təklif edib. 

Korporasiyanın bəyanatında deyilir ki “Teams” ani mesajlaşmadan tutmuş videozənglərə qədər “Skype”tək eyni xidmətləri, üstəlik videokonfrans, təqvimlər və internet-icmaların yaradılması kimi digər xidmətləri də təklif edir.

“Microsoft”un fikrincə, “Teams” təkcə şəxsi ünsiyyət üçün deyil, iş üçün də daha rahatdır. Bunu istifadəyə verildiyi vaxtdan bəri iki il ərzində istifadəçilərdən alınan müsbət rəylər sübut edir.

Xatirə SADİQ