8 aydır, CHP-dən yardım alırmış - Özgür Özəli vuran adam yalan danışıb 

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özələ hücum edən Səlcuq Təngioğlunun yalan danışdığı ortaya çıxıb. 

May 5, 2025 - 17:33
May 5, 2025 - 17:35
8 aydır, CHP-dən yardım alırmış - Özgür Özəli vuran adam yalan danışıb 

SAVASHMEDİA.az xəbər verir ki, Təngioğlu polisə verdiyi ilk ifadədə CHP-yə müraciət etdiyini, lakin partiya üzvü olmadığı üçün ona yemək kartı verilmədiyini bildirib.

CHP-nin bölgə rəhbəri Özgür Çəlik isə Təngioğlunun dediklərinin yalan olduğunu bildirib:

“Yalan deyib. İfadəni oxuyan kimi, Bəyoğlu bələdiyyə sədrindən məsələni maraqlandıq. O isə bildirdi ki, bələdiyyə 8 aydır bu adama yardım edir”.

Banu