Hindistan Pakistanın suyunu kəsdi
Hindistan Çenab çayı üzərindəki Bağlihar bəndi vasitəsilə Pakistana su təchizatını kəsib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Hindustan Times” məlumat yayıb.
Məlumata görə, Dehli eyni addımı Celam çayı üzərindəki Kişanqanqa bəndində də atmağa hazırlaşır.
Bu su strukturları Cammu və Şimali Kəşmirdə yerləşir. Onlar Nyu Dehliyə Hind çayı hövzəsində su axınına nəzarət etməyə imkan verir.
Pakistanın kənd təsərrüfatı və enerji sektorları bu təchizatın sabitliyindən asılıdır.
Qeyd edək ki, Nyu Dehli son 65 ildə ilk dəfə olaraq Hind çayının sularından istifadəyə dair İslamabadla sazişi dayandırıb. Bu, aprelin 22-də Kəşmirdə 25 Hindistan vətəndaşının və bir Nepal vətəndaşının güllələndiyi terror aktı səbəbindən baş verib. Qurbanların əksəriyyətinin turist olduğu bildirilirdi.
Pakistan terrorda iştirakla bağlı iddiaları rədd edib və müstəqil araşdırmaya çağırıb. Onlar Hind çayından su axınının dayandırılmasını “müharibə aktı” kimi qiymətləndirəcəklərini də vurğulayıblar.
Xatirə SADİQ