İsrail yəhidilərə müraciət etdi - “Beşiktaş”ın oyununa getməyin
İsrailin Milli Təhlükəsizlik Şurası (NSL) həmvətənlərini Avropa Liqasının 5-ci turu çərçivəsində noyabrın 28-də “Makkabi” – “Beşiktaş” arasında keçiriləcək səfər oyununa getməməyə çağırıb.
Oyun təhlükəsizlik səbəbindən İtaliyanın Bolonya şəhərinə köçürülsə də, NSL israillilərə həmin şəhərə getməməyi tövsiyə edib. Şura həmçibnin yəhudiləri ictimai yerlərdə milli rəmzləri taxmamağa da çağırıb.
Xatırladaq ki, Avropa Liqasının 4-cü turu çərçivəsində keçirilən “Ayaks” – “Makkabi” oyunundan sonra Amsterdamda yəhudilərə qarşı irumiqyaslı iğtişaşlar baş verib. Ərəb miqrantları israilliləri döyüb, bıçaqla doğrayıb, maşınlarla əziblər və çaya atıblar.
Xatirə SADİQ