Səfirin yaşadığı bina rus dronu ilə vuruldu - Estoniya XİN

Rusiya pilotsuz təyyarəsinin Kiyevə hücumu nəticəsində Estoniya səfiri Anneli Kolkun iqamətgahının yerləşdiyi çoxmərtəbəli yaşayış bina zədələnib. 

Nov 9, 2024 - 17:13
Səfirin yaşadığı bina rus dronu ilə vuruldu - Estoniya XİN

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Estoniyanın xarici işlər naziri Marqus Tsahkna sosial şəbəkədə məlumat verib.

Səfirin xəsarət almadığını vurğulayan nazir yazıb: “Rusiya təcavüzünü dayandırmayana qədər Ukraynada heç kim təhlükəsizlikdə olmayacaq. Ukraynaya öz vətəndaşlarını qorumaq üçün hava hücumundan müdafiə sistemini gücləndirmək lazımdır. Biz buna öyrəşməməliyik”.

Xatirə SADİQ