Ursula fon der Lyayendən Donald Trampa təklif
Avropa Komissiyası (AK) Rusiyanın mayeləşdirilmiş təbii qazının (LNG) tədarükünü Amerika qazı ilə əvəz etməyi təklif edib.
SAVASHMEDİA.az “Moscow Times” nəşrinə istinadən xəbər verir ki, bu barədə təklifi AK prezidenti Ursula fon der Lyayen yeni seçilmiş ABŞ prezidenti Donald Trampla telefon danışığında səsləndirib.
“Biz hələ də Rusiyadan çoxlu LNG idxal edirik. Niyə onu bizim üçün daha ucuz olan və enerji qiymətlərini aşağı salan Amerika ilə əvəz etməyək”, -deyə AK rəhbəri jurnalistlərə mövqeyini çatdırıb.
O, vurğulayıb ki, Tramp prezident vəzifəsinə gəldikdən sonra Avropa İttifaqı ABŞ ilə ticarət əməkdaşlığını genişləndirməyə və ortaq maraqlar axtarmağa çalışacaq.
Xatirə SADİQ