Konsulumuzun həlak olduğu qəzadan VİDEO - Maşını bu haldadır
Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun konsulu Ramil İmranovun həyatını itirdiyi qəza yerindən görüntülər yayılıb.
SAVASHMEDİA.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan kadrların konsulun həlak olduğu qəzadan sonranı əks etdirdiyi bildirilir.
Qeyd edək ki, Ramil İmranov xidməti fəaliyyəti zamanı İranın Culfa–Təbriz avtomagistralında, Mərənd yaxınlığında idarə etdiyi avtomobillə qəzaya düşüb. Nəticədə o, hadisə yerində həlak olub.