“Rusiya 630 hərbi əsiri qaytarmağa hazırdır” – Mariya Zaxarova

Rusiya Ukrayna ilə 630 hərbi əsir dəyişdirməyə və sonrakı mübadilələrə hazırlığa başlamağa hazırdır. 

Nov 27, 2024 - 17:54
“Rusiya 630 hərbi əsiri qaytarmağa hazırdır” – Mariya Zaxarova

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova mətbuat konfransında bildirib.

“Hazırkı siyahıya 630 ukraynalı hərbi əsir daxildir. Rusiya onları paritet şərtlərlə dərhal Kiyevə ötürməyə hazırdır. Diqqətinizi çəkmək istərdim: Rusiya Federasiyası Rusiya hərbçilərindən hansının mübadilədə iştirak edəcəyinə qərar verməyi Ukraynanın öhdəsinə buraxır”, - deyə o, hər bir hərbçinin geri qayıtmasının eyni dərəcədə vacib olduğunu izah edib.

Noyabrın əvvəlində Zaxarova bildirib ki, 2022-ci ildən 2024-cü ilin sonuna kimi 45 mübadilə aparılıb, hər tərəfdən 3 minə yaxın hərbi qulluqçu öz vətəninə qayıdıb.

Xatirə SADİQ