Almaniyanın iki jurnalisti Rusiyadan çıxarıldı 

Rusiya “Pervı” telekanalının müxbirlərinin Almaniyada fəaliyyətini dayandırmasına cavab olaraq Almaniyanın “ARD” media qrupunun jurnalistlərini ölkədən çıxarır.

Nov 27, 2024 - 18:10
Almaniyanın iki jurnalisti Rusiyadan çıxarıldı 

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, alman jurnalistlərinə akkreditasiya vəsiqələrini təhvil vermək və Rusiya ərazisini tərk etmək əmr olunub.

Söhbət müxbir Frank Alşman və operator Sven Fellerdən gedir.
 
Zaxarova əlavə edib ki, Almaniya “Pervı” kanalın müxbir bürosunun fəaliyyətinin bərpasına icazə verərsə, Rusiya “ARD”ın yeni işçilərinin akkreditasiyasına icazə verər.

Noyabrın 26-da Almaniya hakimiyyəti “Pervı” kanalın Berlindəki bürosunu bağlamaq qərarına gəlib. Müxbir İvan Blaqoy və operator Dmitri Volkova ölkəni tərk etmək əmri verilib.

Almaniya Xarici İşlər Nazirliyindən “Stern”ə bildirilib ki, bu qərarı onlar verməyiblər. Nazirliyin nümayəndəsi ehtimal edib ki, rusiyalı jurnalistlərə qarşı tədbir dövlət orqanlarının yaşayış yeri haqqında qanunun icrasına dair hərəkətləri ilə əlaqəli ola bilər.

Xatirə SADİQ